Protezlər və estetika

«Vakuum protez»: möcüzə, yoxsa marketinq?

Tam çıxan protezlərdə, anatomik baxımdan əlverişli protez yatağında müəyyən «sorma effekti» yarana bilər və bu, protezin tutmasına kömək edir. Amma protezi «vakuumla yapışır, heç vaxt tərpənmir, implantı əvəz edir» kimi təqdim etmək elmi terminin marketinq məqsədilə manipulyasiyasıdır. Bu, xüsusilə aşağı çənəyə aiddir.

Nə vəd edilir?

Son vaxtlar «vakuum protez» termini xüsusilə məşhurlaşıb. Pasiyentə deyilir ki, bu protez:

  • damağa vakuumla yapışır;
  • heç vaxt tərpənmir;
  • danışanda çıxmır;
  • çeynəyəndə sabit qalır;
  • hətta implantı əvəz edir.

Həqiqət nədir?

Stomatologiyada hər protezin tutmasının və sabitliyinin elmi və biomexaniki izahı olmalıdır. Tam protezlərdə müəyyən hallarda sorma effekti yarana bilər. Bu, xüsusən anatomik baxımdan əlverişli protez yatağında tutmaya kömək edir. Amma bir söz protezin uğurunu müəyyən etmir. Xüsusilə aşağı çənədə «vakuum protez» adı ilə möcüzəvi hərəkətsizlik vəd etmək ciddi suallar doğurur.

Yaxşı protezin həqiqi şərtləri

  • düzgün diaqnoz;
  • protez yatağının qiymətləndirilməsi;
  • düzgün ölçü;
  • protez sərhədlərinin düzgün formalaşdırılması;
  • düzgün okkluziya (dişlərin qapanması);
  • protezin biomexanikası;
  • klinik və laborator mərhələlərin keyfiyyətli icrası.

«Vakuum protez» pasiyent üçün sehrli söz deyil. Yaxşı protez düzgün planlaşdırılmış və düzgün hazırlanmış protezdir.

Pasiyentə məsləhət

«Ən yeni texnologiya», «vakuum sistemi», «heç vaxt tərpənməyəcək» kimi sözlər demək asandır. Amma tibbdə vəd yox, sübut danışmalıdır. Həkimdən soruşun: xüsusi tutma mexanizmi varsa, nədir? Elmi əsası varsa, hansıdır? Protezin sabitliyi sizin üçün həlledicidirsə, implant dəstəkli variantları da müzakirə edin.

«Stomatologiyanın gələcəyi möcüzə adlarında deyil, elmdə, vicdanda və peşəkarlıqda olacaq. Pasiyentin sağlamlığı marketinqdən daha qiymətlidir.»

Dr. Tural Mirzəyev
Dr. Tural MirzəyevÜz-çənə cərrahı · implantoloq

Qəbula yazılın

Zəng edin və ya mesaj yazın — müraciətinizi qəbul günləri ilə uyğunlaşdıraq.

Əlinizdə 3D tomoqrafiya (KT) varmı?
Dr. Tural Mirzəyev

Dr. Tural Mirzəyev

Üz-çənə cərrahı, cərrah-implantoloq

Dental Oasis · Hüseyn Cavid prospekti, Bakı