Əvvəl: dişi xilas etmək mümkündürmü?
Dr. Mirzəyevin komandasının prinsipi belədir: «Biz hər ağrıda asan yola qaçmır, dişləri çəkmirik, problemin qaynaqlandığı səbəbi taparaq onu müalicə edirik». Müasir üsullarla əvvəllər çəkilməli sayılan bir çox diş xilas edilə bilir: kanallar yenidən müalicə olunur, möhkəm bərpa aparılır. Diş müalicə oluna bilirsə, bu, çox vaxt həm sağlamlıq, həm də maliyyə baxımından daha yaxşı seçimdir. Bəzən isə dişin bir neçə problemi olur: həm laxlayır, həm ciddi dağılıb, həm də kanalda qırılmış alət var. Belə halda onun yenidən müalicəsi və protezlənməsi implantasiyadan baha və uzun ola bilər. Qərar riskləri və xərcləri həkimlə birlikdə müzakirə etdikdən sonra verilir.
Hansı hallarda çəkim qaçılmaz olur?
- Kökün şaquli çatı və ya sınığı.
- Dişin divarının diş əti səviyyəsindən xeyli aşağı dağılması.
- Çənə travması zamanı bəzi hallar.
- İrəliləmiş paradontit və dişin ciddi laxlaması.
- Kökə keçmiş və bərpası mümkün olmayan çürük.
- Ağıl dişinin anomaliyası.
- Kanalların keçilməzliyi və ya müalicə ağırlaşmaları (perforasiya, kanalda qırılmış alət), yenidən müalicə mümkün olmadıqda.
Mürəkkəb çəkim necə aparılır?
Yerli anesteziya altında, mümkün qədər atravmatik üsulla: çoxköklü dişlər bölünərək köklər ayrı-ayrılıqda çıxarılır, yuvanın nazik divarları qorunur. Bu, xüsusən gələcəkdə implant planlanırsa vacibdir. Dr. Mirzəyevin paylaşımında qeyd olunduğu kimi, implant planlanan dişin çəkimini sümük toxumasını maksimum qorumağa çalışan cərrah-implantoloqa etibar etmək məqsədəuyğundur.
Yuvanın qorunması (konservasiyası)
Çəkimdən sonra yuva sümük materialı, membran və ya PRF ilə doldurula bilər. Məqsəd sümüyün əriməsini azaltmaq və gələcək implant üçün həcmi saxlamaqdır. Şərait uyğundursa, implant çəkimlə eyni seansda da qoyula bilər. Bax: Dərhal implantasiya.
PRF nədir?
PRF (trombositlə zəngin fibrin) pasiyentin öz qanından alınır. Az miqdarda qan sentrifuqada emal olunur və fibrin laxtası (membran) əldə edilir. O, yuvaya və ya sümük materialı ilə birlikdə yerləşdirilir və sağalmaya dəstək məqsədilə istifadə olunur. A-PRF bu üsulun bir variantıdır.
Çəkimdən sonra
Ətraflı qaydalar və sağalmanın gedişi: Diş çəkildikdən sonra. Ağrı 2–3 gündən sonra azalmaq əvəzinə güclənirsə, yuvadan pis qoxu gəlirsə və ya hərarət varsa, alveolitdən şübhələnmək lazımdır. Bax: Alveolit.
Bu xidmət haqqında suallar
Çəkimdən sonra implantı nə vaxt qoymaq olar?
Üç variant var: eyni gündə (dərhal), yuva qismən sağaldıqdan sonra və ya sümük tam formalaşdıqdan sonra. Seçim yuvanın vəziyyətindən və iltihabın olub-olmamasından asılıdır.
Hamiləlikdə diş çəkmək olarmı?
Planlı çəkim adətən təxirə salınır. Kəskin irinli proses kimi təcili hallarda isə müalicədən imtina etmək ana və uşaq üçün daha təhlükəli ola bilər. Hamiləlik müddəti barədə mütləq əvvəlcədən xəbər verin.