Ağıl dişləri və cərrahi infeksiyalar

Retensiyalı (çıxmamış) ağıl dişi

Sxematik təsvir: retensiyalı ağıl dişi və sinir kanalı

Qısa cavab

Retensiyalı ağıl dişi vaxtında tam çıxa bilməyən, sümükdə və ya diş ətinin altında qalan, ya da yarımçıq çıxıb dayanan dişdir. Çox vaxt səbəb çənədə yer çatmamasıdır. Belə dişlər iltihab, qonşu dişin çürüməsi və ağız qoxusu ilə müşayiət oluna bilər. Bəziləri isə illərlə problem yaratmır.

Ağıl dişlərinin yarada biləcəyi üç tipik problem

  1. Diş yanlış bucaq altında böyüyür. Dişin kənarları diş ətini və yanağı zədələyə bilər. Bu nahiyədən ərpi və qida qalıqlarını tam təmizləmək olmur. Nəticədə qonşu dişdə çürük, pulpit və periodontit yaranır.
  2. Diş düzgün bucaqla böyüyür, amma diş ətindən çıxmır. Dişin üstündəki diş əti şişir və qarşı çənənin dişləri tərəfindən zədələnir. Diş ətinin altında ərp toplanır və «başlıq» adlanan iltihab ocağı yaranır. Aşağı çənədə belə başlıq ağzı açmağı, udmağı və hətta gülümsəməyi ağrılı edir; hərarət yüksələ bilər.
  3. Diş qismən çıxıb və yarıda dayanıb. Diş əti ilə diş arasında «cib» əmələ gəlir. Orada evdə tam təmizlənməyən ərp toplanır və vaxtaşırı iltihab yaranır. Buna perikoronit deyilir. Oxşar əlamətlər diş yenicə çıxmağa başlayanda da ola bilər.

Əlamətlər

Ağıl dişi nahiyəsində şişkinlik, qızartı, irin axıntısı, ağzın açılmasında məhdudiyyət, ağrının qulağa və gicgaha yayılması, pis ağız qoxusu, qonşu dişdə həssaslıq.

Diaqnostika və qərar

Dişin mövqeyi, köklərinin forması və sinir kanalı ilə münasibəti rentgen və ya 3D tomoqrafiya ilə qiymətləndirilir. Problem yaradan dişlər çəkilir. Şikayəti və patologiyası olmayan dişlər müntəzəm müayinə ilə izlənilə bilər. Qərar 16 yaşdan sonra, müayinə əsasında verilir.

Dr. Tural MirzəyevÜz-çənə cərrahı · implantoloq

Qəbula yazılın

Zəng edin və ya mesaj yazın — müraciətinizi qəbul günləri ilə uyğunlaşdıraq.

Əlinizdə 3D tomoqrafiya (KT) varmı?
Dr. Tural Mirzəyev

Dr. Tural Mirzəyev

Üz-çənə cərrahı, cərrah-implantoloq

Dental Oasis · Hüseyn Cavid prospekti, Bakı