Maarifləndirici məlumat
Xəstəliklər və vəziyyətlər
Bu bölmədə ağız və üz-çənə nahiyəsinin tez-tez rast gəlinən problemləri sadə dildə izah olunur: necə yaranır, hansı əlamətlərlə özünü göstərir, nə vaxt həkimə müraciət etmək lazımdır və hansı müalicə üsulları var. Məlumat həkim müayinəsini əvəz etmir.
Xəstəliklər
Diş itkisi və sümük
Diş itkisi
Ağızdakı hər dişin öz funksiyası var. Biri uzun müddət olmadıqda dayaq itir: qonşu dişlər boşluğa doğru əyilir, qarşı çənədəki diş uzanır, dişləm pozulur, boşluqda sümük…
Hipodentiya və adentiya
Hipodentiya bir və ya bir neçə dişin anadangəlmə olmamasıdır.
Çənə sümüyünün atrofiyası
Atrofiya diş itkisindən sonra alveolyar sümüyün (dişləri saxlayan sümük çıxıntısının) hündürlüyünün və eninin tədricən azalmasıdır.
Xəstəliklər
Ağıl dişləri və cərrahi infeksiyalar
Retensiyalı ağıl dişi
Retensiyalı ağıl dişi vaxtında tam çıxa bilməyən, sümükdə və ya diş ətinin altında qalan, ya da yarımçıq çıxıb dayanan dişdir.
Perikoronit
Perikoronit çıxmaqda olan dişi əhatə edən diş ətinin yumşaq toxumasının iltihabıdır.
Alveolit (quru yuva)
Alveolit (alveolyar osteit, «quru yuva») diş çıxarıldıqdan sonra onun yuvasının iltihabıdır.
Periostit və abses
Periostit çənə sümüyünün üstlüyünün (periostun) iltihabıdır; xalq arasında «flus» adlanır.
Diş kistası
Diş kistası kökün ucunda, sümüyün içində yaranan, fibroz qişa ilə örtülmüş və maye ilə dolu yuvarlaq boşluqdur.
Haymor boşluğunda yad cisim
Haymor (yuxarı çənə) boşluğuna yad cisim müxtəlif yollarla düşə bilər: yuxarı diş çəkilərkən kök fraqmenti, kanal müalicəsi zamanı plomb materialı, implantasiya zamanı və…
Xəstəliklər
Diş əti
Paradontit
Paradontit diş ətinin və dişi yuvada saxlayan digər parodontal toxumaların iltihabi xəstəliyidir.
Diş əti ressesiyası
Ressesiya diş ətinin həcminin azalması və kənarının tədricən aşağı enməsidir.
Diş əti təbəssümü
Diş əti təbəssümü (ingiliscə gummy smile) gülümsəyəndə diş ətinin çox görünməsidir.