İmplantologiya

Diş yoxdursa: körpü, protez, yoxsa implant?

İtirilmiş dişi bərpa etməyin üç əsas yolu var: körpü, çıxan protez və implant. Körpü üçün qonşu dişlər yonulur, çıxan protez altında sümük daha tez əriyir, implant isə qonşu dişlərə toxunmadan yükü sümüyə ötürür. Ən uyğun variantı dayaq dişlərinin və sümüyün vəziyyəti, tomoqrafiya və pasiyentin istəkləri müəyyən edir.

1. Körpü

Körpü itirilmiş dişin iki tərəfindəki dişlərə dayanan protezdir. Üstünlükləri: nisbətən sadə və tez hazırlanır, qiyməti əlçatandır. Çatışmazlıqları: dayaq dişləri yonulur və zamanla zədələnə bilər, həddindən artıq yüklənir. Körpünün altındakı sümük yük almadığı üçün atrofiyaya uğraya bilər.

2. Çıxan protez

Bəzən elə hallar olur ki, çıxan protezdən başqa variant qalmır. Üstünlükləri: əlçatan qiymət, cərrahi müdaxilə tələb etməməsi. Çatışmazlıqları: çıxan protez altında sümük daha tez əriyir, protezə alışmaq çətindir. Yuxarı çənədə damağı örtür, tərpənə bilər, yapışdırıcı kremə ehtiyac yaranır.

3. İmplant

İtmiş dişin bərpası üçün ən məqbul seçimlərdən biridir. Hər implant öz yükünü daşıyır, yük bərabər paylanır, dayaq dişləri yüklənmir. Estetika və funksiya qorunur. Üstünlükləri: qonşu dişlər yonulmur, sümük yük alır, çeynəmə və danışıq rahat olur. Çatışmazlıqları: cərrahi müdaxilə və sağalma vaxtı tələb edir, ilkin xərc daha yüksəkdir, ümumi sağlamlıqla bağlı məhdudiyyətlər ola bilər.

Müqayisə

KörpüÇıxan protezİmplant
Qonşu dişlər yonulurmu?BəliXeyr (bəzən bərkidici qarmaqlar üçün minimal hazırlıq)Xeyr
Sümük yük alırmı?XeyrXeyr, sümük daha tez əriyirBəli
Cərrahi müdaxiləYoxYoxVar
GigiyenaKörpü altı xüsusi təmizlikProtez gündəlik çıxarılıb təmizlənirÖz dişlər kimi + irriqator
UyğunlaşmaTezÇətin ola bilərAdətən tez

Ən vacib qayda

Uzun müddət dişin olmaması sonradan daha çox xərc deməkdir: dişlər yerini dəyişir, sümük əriyir. Vaxtında qoyulan qapaq implantdan ucuz başa gəlir. Hər halda qərarı həkimlə məsləhətləşmədən, dayaq dişlərinin və sümüyün vəziyyəti tomoqrafiya ilə qiymətləndirilmədən verməyin.

Dr. Tural MirzəyevÜz-çənə cərrahı · implantoloq

Qəbula yazılın

Zəng edin və ya mesaj yazın — müraciətinizi qəbul günləri ilə uyğunlaşdıraq.

Əlinizdə 3D tomoqrafiya (KT) varmı?
Dr. Tural Mirzəyev

Dr. Tural Mirzəyev

Üz-çənə cərrahı, cərrah-implantoloq

Dental Oasis · Hüseyn Cavid prospekti, Bakı