Diş itkisi və sümük

Diş itkisi və nəticələri

Sxematik təsvir: diş itkisindən sonra yerdəyişmə

Qısa cavab

Ağızdakı hər dişin öz funksiyası var. Biri uzun müddət olmadıqda dayaq itir: qonşu dişlər boşluğa doğru əyilir, qarşı çənədəki diş uzanır, dişləm pozulur, boşluqda sümük əriyir. «Diş yoxdursa, ağrı da yoxdur» düşüncəsi yanlışdır. Sağlamlığın pisləşməsi çox vaxt hiss olunmadan baş verir.

Diş itkisinin nəticələri

  • Dişlərin yerdəyişməsi. Qonşu dişlər əyilir, fırlanır, sıxlıq yaranır. Qarşı çənədəki diş boşluğa doğru «uzanır» və kökündə fiksasiyası zəifləyir.
  • Dişləmin pozulması. Arxa dişlər itdikdə yük ön dişlərə keçir. Ön dişlər yayılmağa və aralanmağa başlaya bilər. Çeynəmə dişlərinin yerdəyişməsi çənə oynaqlarının işinə də təsir edir.
  • Sümük atrofiyası. Diş olmayan yerdə sümük yük almır və əriyir. Bu, gələcəkdə implantasiyanı çətinləşdirir.
  • Qalan dişlərin həddindən artıq yüklənməsi. İtirilmiş dişin işini görməyə məcbur olan dişlər daha tez aşınır, çatlayır, laxlayır.
  • Çeynəmə, udma və nitq. Qidanı dişləmək və çeynəmək çətinləşir, nitq dəyişə bilər. Qidanın yaxşı çeynənməməsi həzm sisteminə əlavə yük yaradır.
  • Üz görünüşü. Ön dişlər olmadıqda dodaq içəri çökə bilər. Köpək dişlərinin itkisi təbəssümü, çeynəmə dişlərinin itkisi yanaq xəttini dəyişir. Zamanla ağız və burun ətrafında dərin qırışlar yaranır. Diş bir tərəfdə itibsə, üz asimmetriyası da yarana bilər.
  • Psixoloji təsir. Təbəssüm zonasında diş itkisi insanın özünəinamına və emosional vəziyyətinə təsir edir.

Dişləri niyə itiririk?

  • Stomatoloji xəstəliklər və müalicənin gecikdirilməsi: çürük, pulpit, periodontit və onların ağırlaşmaları. Diş itkisinin ən çox rast gəlinən səbəbi budur.
  • Ümumi xəstəliklər: dekompensasiya olunmuş şəkərli diabet diş ətinin qidalanmasına və dişin bağ aparatına mənfi təsir edir. Osteoporoz zamanı sümük toxumasının miqdarı və keyfiyyəti azalır, dişlər laxlaya bilər.
  • Gigiyena: ərp və daş əvvəl gingivitə, müalicə olunmadıqda paradontitə səbəb olur.
  • Həyat tərzi: siqaret diş ətinin qan dövranını pisləşdirir, sadə karbohidratlarla zəngin qida isə minanı zədələyir.
  • Dişlərdən «alət» kimi istifadə: butulka açmaq, sap və ya məftil kəsmək.
  • Travmatik idman növləri: məsələn, xokkey və boks.

Bu səbəblərin çoxuna təsir etmək mümkündür: diqqətli gigiyena, ildə ən azı iki dəfə müayinə və vərdişlərin dəyişdirilməsi diş itkisi riskini xeyli azaldır.

Bərpa yolları

Körpü, çıxan protez və implant — hər birinin üstünlükləri və məhdudiyyətləri var. Müqayisə: Diş yoxdursa: körpü, protez, yoxsa implant?

Dr. Tural MirzəyevÜz-çənə cərrahı · implantoloq

Qəbula yazılın

Zəng edin və ya mesaj yazın — müraciətinizi qəbul günləri ilə uyğunlaşdıraq.

Əlinizdə 3D tomoqrafiya (KT) varmı?
Dr. Tural Mirzəyev

Dr. Tural Mirzəyev

Üz-çənə cərrahı, cərrah-implantoloq

Dental Oasis · Hüseyn Cavid prospekti, Bakı