İki fərqli vəziyyət
- İmplantın sümüyə bitişməməsi (erkən uğursuzluq). Osteointeqrasiya implantasiyadan sonrakı bir neçə ay ərzində baş verir. Problem adətən bu dövrdəki nəzarət müayinələrində aşkarlanır. Səbəbləri: implant yatağı hazırlanarkən sümüyün həddindən artıq qızdırılması (nekroz), implantın həddən artıq güclə (yüksək torkla) bərkidilməsi və sümüyə həddindən artıq təzyiq, implantın formasının düzgün seçilməməsi, sterilliyin pozulması.
- Periimplantit. Diş taxıldıqdan sonra müəyyən müddət keçdikdə implant ətrafındakı toxumada iltihab və sümük itkisi yaranır. Risk faktorları: zəif gigiyena və həkimin təyin etdiyi qaydalara əməl etməmək, nazik və qeyri-sabit yumşaq toxuma, ortopedik konstruksiyanın düzgün seçilməməsi (təmizlənməsi çətin forma, artıq sement), siqaret, paradontit tarixçəsi, həddindən artıq yük (bruksizm).
Əlamətlər
İmplant ətrafında diş ətinin qanaması və şişkinliyi, irin, pis qoxu, diş ətinin çəkilməsi və implantın metal hissəsinin görünməsi. Gec mərhələdə implant laxlayır. İlkin mərhələlər ağrısız keçə bilər, ona görə müntəzəm nəzarət vacibdir.
Diaqnostika və müalicə
Klinik müayinə və rentgen (lazım olduqda 3D) sümük itkisini göstərir. Müalicə mərhələdən asılıdır: peşəkar təmizləmə və antiseptik müalicə, cərrahi təmizləmə, bəzi hallarda sümük və yumşaq toxuma plastikası. İrəliləmiş hallarda implant çıxarılır, sahə bərpa olunur və yeni implant planlanır.
Qarşısını necə almaq olar?
- Peşəkar həkim seçimi, dəqiq planlama və steril şərait.
- İmplant ətrafında sağlam, qalın yumşaq toxuma.
- Asan təmizlənən implantüstü dişlər.
- Gündəlik gigiyena (fırça, diş sapı, irriqator) və müntəzəm peşəkar təmizləmə.