Pulpit dişin pulpasının (sinirinin) iltihabıdır və diş çürüyünün ən ciddi ağırlaşmalarındandır. Çox vaxt dərin çürük, düzgün olmayan müalicə və ya travma nəticəsində yaranır. Ağrı, irin yığılması və müalicə olunmadıqda kök ucunda iltihab, kista və abseslə nəticələnə bilər. Ən kiçik əlamətlər belə dərhal həkimə müraciət etmək üçün səbəbdir.
Səbəblər
- Dərin çürük.
- Düzgün olmayan müalicə: hazırlıq zamanı dişin səhv açılması, səhv seçilmiş plomb materialı.
- Nadir hallarda dərin parodontal xəstəlik və minanın travması zamanı bakteriyaların pulpaya keçməsi.
İlk əlamətlər
- Çürük olan dişdə və ya minası zədələnmiş dişdə kəskin ağrı.
- Plomb altındakı, artıq müalicə olunmuş diş narahat edir.
- Soyuqdəymə və ya tənəffüs yolu xəstəliyi zamanı ağrı kəskinləşə bilər.
- Şişkinlik və iltihab.
Pulpitin formaları
- Kəskin seroz: tutmalar şəklində gələn ağrı.
- Kəskin irinli: şiddətli ağrı. Pasiyentlər rahatlamaq üçün tez-tez ağızlarını soyuq su ilə yaxalayırlar.
- Xroniki fibroz: adi yemək və ya isti də ağrı tutmasına səbəb ola bilər.
- Xroniki hipertrofik: birləşdirici toxuma böyüyür və diş boşluğundan kənara çıxır. Qida düşəndə ağrı yaranır.
- Xroniki qanqrenoz: ağrı çox nadir olur. Bu, problemin olmadığı demək deyil.
Niyə gecikdirmək olmaz?
Müalicə olunmamış pulpit kök ucunda iltihaba (periodontit), kistaya və absesə səbəb ola bilər. Bax: Diş kistası, Periostit və abses.